Türkiyədə bu sosial şəbəkə platforması bağlanır

10:34 - 16.04.2024


16 aprel, Fineko/abc.az. Aprelin 29-da Türkiyədə “Meta” şirkətinə məxsus sosial şəbəkə bağlanacaq.

ABC.AZ xarici mətbuata istinadən xəbər verir ki, qapadılacaq sosial şəbəkə platforması “Threads”dir. Sözügedən platforma yerli antiinhisar orqanının qərarı ilə fəaliyyətini dayandıracaq. 

Məlumata görə, Türkiyənin Rəqabət Təşkilatı mart ayında “Threads” və “Instagram” (Meta-ya məxsus) arasında məlumat mübadiləsini qadağan edən müvəqqəti qərar verib.

Qeyd edək ki, “Meta” şirkəti Rusiyada ekstremist elan edilib və qadağan olunub.

Müəllif: Elmir Murad