Birinci rübdə ÜDM ötən ilin müvafiq dövrü ilə müqayisədə 4 faiz artıb - Nazir

11:47 - 16.04.2024


16 aprel, Fineko/abc.az. Azərbaycanda Ümumi Daxili Məhsulun dinamikasında müsbət meyillər davam edir.

ABC.AZ xəbər verir ki, bu haqda iqtisadiyyat naziri Mikayıl Cabbarov məlumat verib.

"Cari ilin ilk rübündə ÜDM ötən ilin müvafiq dövrü ilə müqayisədə 4% artaraq 29,1 milyard manat, qeyri-neft-qaz sektorunda isə 6,7% artaraq 18,7 milyard manat təşkil edib", - nazir əlavə edib.