Ölkəyə idxal olunan məhsullar fevralda bahalaşıb

12:28 - 16.04.2024


16 aprel, Fineko/abc.az. Azərbaycanın xaricdən idxal etdiyi məhsullarda inflyasiya 2024-cü ilin fevralında yüksəlib.

ABC.AZ xəbər verir ki, ilin ilk iki ayının nəticələrinə əsasən, idxal olunan məhsullar üzrə qiymət indeksləri illik müqayisədə 15.3% təşkil edib.

Bu yanvarda 15.1% olsa da, ondan öncəki dekabrda illik 16.7% təşkil etmişdi.

Bununla belə, əhalinin istehlakında əsas paya sahib olan ərzaq qiymətləri illik ucuzlaşıb.

Azərbaycanın xaricə ixrac etdiyi bir sıra məhsullar isə 2023-cü ilin ilk iki ayı ilə müqayisədə ümumilikdə 27.9 faiz ucuzlaşıb.