Valyuta hərracında bankların tələbi 8,2% azalıb

12:39 - 16.04.2024


16 aprel, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankı (AMB) Dövlət Neft Fondunun iştirakı ilə valyuta hərracı keçirib.

AMB-nin məlumatına görə, aprelin 16-da valyuta hərracında bankların tələbi 72,4 milyon dollar təşkil edib və tam təmin edilib. Bu, son hərracdan 6,5 milyon dollar (8,2%) azdır.

AMB aprelin 9-da valyuta hərracında banklara 78,9 milyon dollar satıb.

Hərracın yekunlarına əsasən manatın ortaçəkili məzənnəsi 1,7000 AZN / USD səviyyəsində formalaşıb.