Çin İranla əməkdaşlığı dayandırmayacaq

13:04 - 16.04.2024


16 aprel, Fineko/abc.az. Çin İranla müxtəlif sahələrdə praktiki əməkdaşlığı davam etdirməyə və Tehranın İsrailə hücumuna baxmayaraq, ikitərəfli münasibətlərin daha da inkişafına kömək etməyə hazırdır. 

ABC.AZ xəbər verir ki, bu barədə Çinin xarici işlər naziri Van İ iranlı həmkarı Hüseyin Əmir Abdollahiyana bildirib.
“Çin İranla müxtəlif sahələrdə praktik əməkdaşlığı davamlı inkişaf etdirməyə və Çin-İran münasibətlərinin daha da inkişafına kömək etməyə hazırdır”, — deyə Xarici İşlər naziri Van İ bazar ertəsi telefon danışığı zamanı bildirib.