İlham Əliyev onu vəzifəsindən azad etdi - Sərəncam

14:09 - 16.04.2024


16 aprel, Fineko/abc.az. Prezident İlham Əliyev Aydın Münsüf oğlu İbadovun Azərbaycan Respublikası Dövlət Reklam Agentliyinin İdarə Heyətinin sədri vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.

ABC.AZ xəbər verir ki, Prezidentin digər Sərəncamı ilə Fərhad Əsgər oğlu Adıgözəlov Azərbaycan Respublikası Dövlət Reklam Agentliyinin İdarə Heyətinin sədri təyin edilib.