Onlar icarə xidmətindən 1,5 milyon manat qazanacaq

14:32 - 16.04.2024


16 aprel, Fineko/abc.az. Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi “Bakı şəhəri, Yasamal rayonu, N.Nərimanov 206 A ünvanında yerləşən ümumi sahəsi 10175.5 kv.m. olan, 20 mərtəbəli qeyri - yaşayış (“Capital Towers” biznes mərkəzi) binasının icarəyə götürülməsi” tenderinin nəticələrini elan edib.

ABC.AZ xəbər verir ki, tenderin qalibi fiziki şəxs Liftiyev Fərid Firudin oğlu və fiziki şəxs İsmixanlı Rüfət Sərdar oğlu olub.

Qalib şəxslərlə 1 550 000 manat məbləğində müqavilə imzalanıb.