Prezidentin vəzifə verdiyi şəxs əvvəllər Bankda işləyib - DOSYE

15:11 - 16.04.2024


16 aprel, Fineko/abc.az. Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin imzaladığı Sərəncama əsasən Fərhad Əsgər oğlu Adıgözəlov Dövlət Reklam Agentliyinin İdarə Heyətinin sədri təyin edilib.

F.Adıgözəlov 1977-ci ildə Bakı şəhərində anadan olub. 1999-cu ildə Azərbaycan Beynəlxalq Universitetində maliyyə və kredit üzrə bakalavr dərəcəsi, 2002-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin beynəlxalq iqtisadi münasibətlər ixtisası üzrə ikinci ali təhsil alıb. O, əmək fəaliyyətinə 2000-ci ildə “Azərsığorta” Dövlət Sığorta Şirkətində başlayıb. O, 2003-2005-ci illərdə Azərbaycan Beynəlxalq Bankında mütəxəssis, 2005-2009-cu illərdə Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin rəis köməkçisi, 2009-2013-cü illərdə “Kapital Bank” ASC-də departament direktoru vəzifəsində çalışıb. Daha sonra F.Adığözəlov 2013-2014-cü illərdə maliyyə nazirinin köməkçisi, 2015-2017-ci illərdə “Azər-Türk Bank” ASC-nin İdarə Heyətinin sədri və 2020-ci ilin sentyabr ayından Milli Depozit Mərkəzinin İdarə Heyətinin sədr müavini olub. F.Adıgözəlov Prezident İlham Əliyevin 2021-ci il dekabrın 7-də imzaladığı Sərəncamla Dövlət Sığorta Kommersiya Şirkətinə Sədr təyin edilib.