BRICS ölkələri arasında turist axını 2024-cü ilin sonuna qədər təxminən dörd dəfə arta bilər

15:19 - 16.04.2024


16 aprel, Fineko/abc.az. BRICS ölkələri arasında turizm axını 2024-cü ilin sonunadək 2023-cü illə müqayisədə təxminən dörd dəfə artaraq 5 milyon səfərə çata bilər. 

ABC.AZ xəbər verir ki, məlumata əsasən, “proqnozlara görə, artıq 2024-cü ilin sonuna qədər yol xəritəsi tədbirləri BRICS-in genişlənən tərkibini nəzərə alaraq Birlik ölkələri arasında turizm mübadiləsini 5 milyon səfərə qədər artıra bilər. Bu, 2023-cü ilin göstəricilərindən təxminən dörd dəfə çoxdur, qeyd edilən vaxt turist axını 1,4 milyon nəfər təşkil etmişdi”.