“Yandex” şirkəti “Neyro” axtarış sistemini təqdim edib

15:40 - 16.04.2024


16 aprel, Fineko/abc.az. Dil modelinin ən son versiyası belə son hadisələrlə bağlı suallara çox vaxt düzgün cavab vermir. Bu, ilk növbədə köhnəlmiş məlumat dəsti ilə bağlıdır. Buna görə neyroşəbəkə cavabların keyfiyyətini aşağı salır. 

ABC.AZ xəbər verir ki, bu problemi həll etmək üçün "Yandex" İnternetdə axtarışdan istifadə edə bilən "Neyro" neyron şəbəkəsi hazırlayıb.
"Neyro" interfeysində istifadəçi təbii dildə suallar verə bilər. Neyro şəbəkə mətni istifadəçinin oxumasını rahat etmək üçün uyğunlaşdırır.
"Neyro" axtarış sistemi bütün istifadəçilər üçün əlçatandır. Artıq adi axtarış və neyro şəbəkə ilə axtarış arasında seçim etmək mümkündür.