Azərbaycanda bələdiyyələr birləşdirilir

15:55 - 16.04.2024


16 aprel, Fineko/abc.az. Prezident İlham Əliyev “Bələdiyyələrin birgə fəaliyyəti, birləşməsi, ayrılması və ləğv edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanunu təsdiqləyib. 

ABC.AZ xəbər verir ki, qanuna əsasən, əhali sayı 3 mindən az olan kəndlərin bələdiyyəsi birləşdiriləcək və böyük bələdiyyələr yaradılacaq.

Bu da bələdiyyələrin sosial-iqtisadi vəziyyətini yaxşılaşdıracaq.