Azərbaycanda sığorta sektorunun ÜDM-də payı 1%-ətrafındadır

16:02 - 16.04.2024


16 aprel, Fineko/abc.az. Son 5 ildə Azərbaycanın sığorta bazarında 15-18%-lik artım müşahidə edilir.

ABC.AZ xəbər verir ki, bu barədə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili Bakıda keçirilən “Insurtech” zirvə toplantısında deyib. 

Deputat qeyd edib ki, Azərbaycanda istismarda olan 1.5 milyon avtomobilin yalnız 3%-nin könüllü sığortası mövcuddur: “ÜDM-in artması, əhalinin gəlirlərinin artması sığortaya olan tələbatı da artırır.

İnkişaf etmiş ölkələrdə sığorta xidmətlərinin ümumi daxili məhsulda (ÜDM) payı 8-12%-dir. Azərbaycanda isə sığorta sektorunun ÜDM-də payı 1%-ətrafındadır”. Report