Azərbaycana gətirilən avtomobillərin sayı azalıb, qiymətləri isə 5 min manat artıb

16:34 - 16.04.2024


16 aprel, Fineko/abc.az. Bu ilin yanvar-mart ayları ərzində xaricdən Azərbaycana ümumilikdə 361 milyon 23,43 min dollar dəyərində 19 min 571 ədəd avtomobil gətirilib. 

ABC.AZ Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, 2023-ci ilin yanvar-mart ayları ilə müqayisədə ölkəyə idxal olunan avtomobillərin sayı 1 228 ədəd və ya 5,9% azalıb, dəyər baxımından 46  milyon 29,12 min dollar və ya 14,6% artıb. 2023-ci ilin müvafiq dövründə Azərbaycana 314 milyon 994,31 min dollar dəyərində 20 min 799 ədəd avtomobil idxal edilib.

Bu dövrdə 1 ədəd avtomobilin idxal qiyməti 18 min 447 dollar (31 min 360manat), ötən ilin eyni dövründə isə 15 min 145 dollar (25 min 746 manat) olub. İdxal qiyməti son bir il ərzində 3 302 dollar (5 min 614 manat), yəni 21,8% artıb.