10 sığorta şirkətinin bu resursu yoxdur

16:35 - 16.04.2024


16 aprel, Fineko/abc.az. Azərbaycandakı sığorta şirkətlərindən 10-nun mobil tətbiqi yoxdur. 

ABC.AZ xəbər verir ki, bunu Bakıda keçirilən "Insurtech" zirvə toplantısında Mərkəzi Bankının Baş direktoru Ziya Əliyev bildirib.

"AMB-nin sığorta şirkətləri arasında keçirdiyi sorğu nəticəsində məlum olub ki, onlardan 4-də mobil tətbiq tam, 2-də isə qismən fəaliyyət göstərir", - deyə o qeyd edib. (Report)