Azərbaycanın pomidor ixracından gəliri 45% artıb

17:30 - 16.04.2024


16 aprel, Fineko/abc.az. 2024-cü ilin yanvar-mart ayında Azərbaycandan 45 milyon 41 min dollar dəyərində 32 149 ton pomidor ixrac olunub.

ABC.AZ Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, pomidor ixracı ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsilə 44.5%, miqdar ifadəsilə 31.3% artıb. 2023-cü ilin ilk 3 ayında isə Azərbaycandan 31 milyon 170 min dollar dəyərində 24 491 ton pomidor ixrac olunmuşdu.