«Premium Bank»ın faiz gəlirləri 200 min manat azalıb

11:00 - 17.04.2024


17 aprel, Fineko/abc.az. 2024-cü ilin 1-ci rübündə "Premium Bank"ın faiz gəlirləri əvvəlki ilin 1-ci rübü ilə müqayisədə 200 min manat azalaraq 7,8 milyon manata düşüb.

ABC.AZ xəbər verir ki, faiz xərcləi isə əksinə – 300 min manat artaraq 2,9 milyona yüksəlib.

«Premium bank»ın qeyri-faiz gəlirlərində də ciddi azalma var – bu rəqəm 600 min manat aşağı düşərək ötənilki 4,4 milyondan 3,8 milyon manata enib. Əvvəla bankdakı haqq və komissiya gəlirləri 200 min manat azalaraq 3,1 milyondan 2,9 milyon manata enib. Digər tərəfdən xarici valyuta dəyişmədən gəlirlər 1,3 milyon manatdan 900 min manata enib.

Gəlirlərin azalması fonunda «Premium bank» qənaətə keçib. Əvvəla bankda əmək haqlarına xərclənən vəsaitlər ötən ildən bəri demək olar ki dəyişməyib - 1,5 milyon manat – bu özü qənaət göstəricisidir. Digər tərəfdən inzibati xərclərdə 300 min manata yaxın azalma var. Adətən belə azalma filial bağlananda baş verir – amma «Premium bank» filialın bağlanmasmı barədə xəbər yaymayıb.

Bankın digər xərcləri də 1 milyon manata yaxın azalaraq 4 milyondan 3 milyon manata enib. Nəticədə «Premium bank»ın xalis mənfəəti əvvəlki ilin 1-ci rübü ilə müqayisədə təqribən 1 milyon manat və ya 27% azalaraq 2 milyon 570 min manata enib.