Türkiyə Rusiya taxta məhsulları alıcılarının üçlüyünə daxil olub

11:39 - 17.04.2024


17 aprel, Fineko/abc.az. Türkiyə Rusiyadan taxta-şalban idxalını üç dəfə artırıb.

ABC.AZ xəbər verir ki, məlumata görə, 2024-cü ilin əvvəlində Türkiyə ilk dəfə Rusiyadan taxta məhsullarının ən iri üç alıcısı sırasına daxil oldu.

Rusiyadan Türkiyəyə taxta-şalban tədarükü 2024-cü ilin yanvar-mart aylarında ötən ilin eyni dövrü ilə müqayisədə 3,2 dəfə artıb. Taxta ixracının artması Türkiyədə keçən il baş verən zəlzələlər səbəbindən onlara tələbatın artması ilə izah olunur.

Türkiyə tərəfi həmçinin mənzil, istirahət kompleksləri, otellər, kafe və restoranlar da daxil olmaqla müxtəlif obyektlərin tikintisi üçün istifadə olunan yapışdırılan taxta konstruksiyalara və CLT panellərə maraq göstərir.