Birinci rübü 2.5 milyon manat xalis mənfəətlə başa vuran Bank - Hesabat

12:09 - 17.04.2024


17 aprel, Fineko/abc.az. "Yapı Kredi Bank Azərbaycan" QSC 2024-cü ilin birinci rübünü 2.5 milyon manat xalis mənfəətlə başa vurdub.

ABC.AZ xəbər verir ki, Bank 2024-cü ilin birinci rübünü 2.5 milyon manat xalis mənfəətlə başa vurub.

Keçən ilin müvafiq dövrü ilə müqayisədə cari ilin yanvar - mart ayları üzrə faiz gəlirləri 28% artaraq 11 milyon manat, qeyri-faiz gəlirləri 28% artaraq 5 milyon manat təşkil edib.

Ümumilikdə, xalis faiz gəliri keçən ilin analoji dövrü ilə müqayisədə 25% artaraq 10 milyon manat olub.

Cari ilin ilk rübündə Yapı Kredi Bank Azərbaycanda müştərilərə verilən kredit porfelinin həcmi 298 milyon manat olmuşdur.

Belə ki, istehlak kreditləri 4% artaraq 71 milyon manat, həmçinin  biznes kreditləri 187 milyon manata bərabər olub. Daşınmaz əmlak üzrə verilən kreditlər isə 16% artaraq 40 milyon manat təşkil edib.