Azərbaycan Qazaxıstandakı şirkət sayına görə TOP 10-luğa daxil olub

14:17 - 17.04.2024


17 aprel, Fineko/abc.az. 2024-cü ilin aprel ayına qədər Qazaxıstanda fəaliyyət göstərən Azərbaycan müəssisələrinin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 19% artıb.

ABC.AZ-ın məlumatına görə, aprelin 1-nə ölkədə qeydiyyatdan keçmiş Azərbaycan şirkətlərinin sayı 1 434 (18.3% çox) təşkil edib.

Eyni zamanda, bu şirkətlərin ən çoxu Astanada (372) və Almatıda (467) qeydiyyatdan keçib.

Statistik məlumatlara əsasən, bu il aprelin 1-nə Azərbaycandan ölkədə tam fəaliyyət göstərən şirkətlərin sayı 1 146-sı kiçik, 4-ü orta və 2-si iri olmaqla, 1152 (19% çox) təşkil edib.

Qazaxıstanda ən çox sayda Azərbaycan şirkəti topdansatış və pərakəndə ticarət, avtomobil və motosiklet təmiri (489), tikinti (185), müxtəlif xidmətlər (225), emal sənayesi (51), nəqliyyat və anbar (43), peşəkar, elmi və texniki fəaliyyət (35), daşınmaz əmlak əməliyyatları (35), inzibati və yardımçı xidmətlər (29), səhiyyə və digər sahələrdə fəaliyyət göstərir.