FTB, Apple və Google Telegrama ən çox təzyiq göstərir - Pavel Durov

15:01 - 17.04.2024


17 aprel, Fineko/abc.az. Apple və Google “Telegram”a ən böyük təzyiq göstərir, FTB isə xüsusi xidmət orqanlarına xas üslubda şirkətin işlərinə müdaxilə etməyə çalışır.

ABC.AZ xəbər verir ki, bunu platformanın yaradıcısı Pavel Durov çərşənbə axşamı amerikalı jurnalist Taker Karlsona verdiyi müsahibədə deyib.

“Telegram”ın yaradıcısının sözlərinə görə, xüsusi xidmətlər işçini “Telegram” koduna sonrakı inteqrasiya üçün bəzi açıq mənbə vasitələrindən istifadə etməyə inandırmağa çalışırdı. "Mənim anlayışımda [bu cür alətlər] “bekdor” rolunu oynayacaqdı", — deyə Durov vurğulayıb.

Onun sözlərinə görə, Apple və Google aydın şəkildə bildiriblər ki, Telegram onların qaydalarına əməl etməsə, servis həmin şirkətlərin tətbiq mağazalarından silinəcək.