“Honda” növbəti nəsil elektrik avtomobilləri buraxacaq

15:27 - 17.04.2024


17 aprel, Fineko/abc.az. Yaponiyanın “Honda Motor” şirkəti 2027-ci ilə qədər Çində “Ye” brendi altında altı elektrik avtomobili (EV) modeli buraxmağı planlaşdırır.

ABC.AZ xəbər verir ki, 2035-ci ilə qədər ölkədə elektrik avtomobillərin 100 faizlik satışını təmin etmək məqsədilə, şirkət, həmçinin 2027-ci ilə qədər Çində “Honda” brendi altında ümumilikdə 10 elektrik avtomobil modeli buraxmağı planlaşdırır.

Yaponiyanın ikinci ən böyük avtomobil istehsalçısı “General Motors” və “Volksvagen” kimi Avropa və Amerika rəqiblərindən avtomobillərin satış sürətində geri qalır.

Çinin elektrik avtomobilləri istehsalçıları tərəfindən artan rəqabət ilə üzləşən “Honda” və “Nissan Motor” ötən ay bildiriblər ki, əsas komponentlər və proqram təminatı sahəsində tərəfdaşlıq imkanını nəzərdən keçirirlər.