Gürcüstan parlamenti "əcnəbi agentlər haqqında" qanun layihəsini qəbul edib

15:40 - 17.04.2024


17 aprel, Fineko/abc.az. Gürcüstan parlamenti "əcnəbi agentlər haqqında" qanun layihəsini qəbul edib. Deputatların 100 faizi (83 səs), qanunun qəbulu lehinə səs verib.

ABC.AZ xəbər verir ki, artıq xaricdən maliyyələşmənin 20%-dən çoxunu qəbul edən bütün qeyri-hökumət təşkilatları və KİV-lər xarici qüvvənin maraqlarını həyata keçirən təşkilat kimi qeydiyyatdan keçməlidirlər. Qeydiyyatdan yayındığına görə cərimə təklif olunur.

Gürcüstan hakimiyyəti bu Qanunun Amerikanın xarici agentlərin qeydiyyatı Qanununun yumşaldılmış bir versiyası olduğunu və qəbul edilməsinin "cəmiyyətin məlumatlandırma keyfiyyətini əhəmiyyətli dərəcədə artıracağını" deyir.