“Azərbaycan Sənaye Bank” kiçilib - Mənfəəti kəskin azalıb

15:53 - 17.04.2024


17 aprel, Fineko/abc.az. “Azərbaycan Sənaye Bank” ASC 2024-cü ili 243  min manat mənfəət vergisi ödənişindən sonra 835 min manat xalis mənfəətlə başa vurub. 

ABC.AZ xəbər verir ki, lakin bankın xalis mənfəəti son bir ildə 228 min  manat, başqa sözlə 21% aşağı düşüb.

Bank bu ilin ilk rübündə 8 milyon 612 min manat faiz gəliri əldə edib. Gəlirlərin 3 milyon 923  min manatı kreditlərdən əldə edilən gəlirlərin, 4 milyon 569 min manatı banklarda depozitlər hesabına formalaşıb. Ümumi faiz gəlirləri son bir illə müqayisədə 971 min manat (13%), kreditlər hesabına əldə edilən faiz gəlirləri, 377 min manat (11%), depzotlər üzrə faiz gəlirləri isə 740 min manat (19%) artıb

Bu dövrdə faiz xərcləri 4 milyon 648 min manat olub ki, bu da illik müqayisədə 916 min manat və ya 25% çoxdur.

Ən yüksək xərc isə depozitlər üzrə faiz xərcləri olub - 2 milyon 775 min manat (453 min manat və ya 19% artım)

Beləliklə “Azərbaycan Sənaye Bankı”ın xalis faiz gəlirləri 3 milyon 965 min manat təşkil edib ki, bu da son bir ildə  55 min manat və ya 1% çoxdur.