Bakı-Supsa kəməri ilə indiyədək bu qədər neft nəql edilib

16:42 - 17.04.2024


17 aprel, Fineko/abc.az.  Bakı-Supsa və ya Qərb İxrac Boru Kəməri (QİBK) istismara veriləndən bu ilin 1 aprel tarixinədək kəmər vasitəsi ilə 100 mln. ton neft nəql olunub.

ABC.AZ xəbər verir ki, bu barəd SOCAR-ın “Facebook” sosial şəbəkəsində etdiyi paylaşımda bildirilir.

“25 il öncə bu gün Ulu Öndər Heydər Əliyevin iştirakı ilə Bakı-Supsa neft ixrac boru kəməri istifadəyə verilib”, – paylaşımda bildirilir.

Qeyd edək ki, QİBK başlanğıcını Səngəçal terminalından götürüb, Gürcüstanın Supsa terminalına qədər uzanır. Bu kəmər “Əsrin müqaviləsi” imzalanandan sonra Azərbaycanın qısa müddətdə yaratdığı neft ixracı sisteminin ayrılmaz bir hissəsidir.