Yanvar-mart aylarında 4 milyon 313 min manat xalis mənfəət qazanan Bank - Hesabat

17:25 - 17.04.2024


17 aprel, Fineko/abc.az. "Rabitəbank" 2024-cü ilin 1-ci rübü üzrə maliyyə göstəricilərini açıqlayıb.

ABC.AZ xəbər verir ki, "Rabitəbank" 2024-cü ilin 1-ci rübünün nəticələrinə əsasən bütün göstəricilər üzrə dinamik artıma nail olub. Belə ki, yanvar-mart ayları 4 milyon 313 min manat xalis mənfəətlə başa vurulub. Bank aktivlərini ötən ilin müvafiq dövrü ilə müqayisədə 17% artıraraq 1 milyard 80 milyon manata çatdırıb. 

Hesabata əsasən 2023-cü ilin eyni dövrü ilə müqayisədə bankın kredit portfeli 13% artaraq 717 milyon 380 min manat təşkil edib. Belə ki, istehlak kreditləri 14% artaraq 245 milyon 847 min manat, biznes kreditləri portfeli 6% artaraq 329 milyon 761 min manat, daşınmaz əmlak kreditləri portfeli isə 35% artaraq 141 milyon 773 min manat olub.

 2024-cü ilin 1-ci rübündə ötən ilin müvafiq dövrü ilə müqayisədə Rabitəbankın faiz gəlirləri 31% artaraq 26 milyon 680 min manat, qeyri-faiz gəlirləri isə 29% artataq 13 milyon 667 min manat təşkil edib.