17:30 - 17.04.2024
17 aprel, Fineko/abc.az. Xəbər verdiyimiz kimi, "Rabitəbank"ın 1-ci rübünün nəticələrinə əsasən bütün göstəricilər üzrə dinamik artıma nail olub.
ABC.AZ xəbər verir ki, 2024-cü ilin 1-ci rübündə müştəri depozitləri 24% artaraq 679 milyon 434 min manata çatıb. Belə ki, fiziki şəxslərin depozitləri 39% artaraq 450 milyon 693 min manat, hüquqi şəxslərin depozitləri isə 2% artaraq 228 milyon 741 min manat olub.
Ötən ilin müvafiq dövrü ilə müqayisədə Rabitəbankın məcmu kapitalı 11% artaraq 115 milyon 796 min manat təşkil edib.
16 May 2025
16 May 2025
16 May 2025