Neft kəskin düşmədən sonra bahalaşır, Brent bir barel üçün 87,56 təşkil edir

09:30 - 18.04.2024


18 aprel, Fineko/abc.az. Neftin etalon markalarının qiyməti cümə axşamı ticarətində bir gün əvvəl 3% düşdükdən sonra yüksəlir.

Brent markalı neftin iyun fyuçerslərinin qiyməti 09:27-ə qədər London ICE Futures birjasında 0,27 dollar (0,31%) artaraq bir barel üçün 87,56 dollara yüksəldi. Aprelin 17-də Brent markalı neftin iyun fyuçersləri 2,73 dollar (3,03%), bir barel üçün 87,29 dollara düşdü.

Nyu-York əmtəə birjasının (NYMEX) elektron ticarətində WTI neftinin may ayı üçün fyuçerslərinin qiyməti 09:27-ə qədər 0,17 dollar (0,21%) artaraq bir barel üçün 82,86 dollara yüksəldi. 16 aprel ticarətinin nəticələrinə görə, WTI neftinin may fyuçerslərinin qiyməti 2,67 dollar (3,13%), bir barel üçün 82,69 dollara düşdü.