Bu ölkə əhali sayına görə dünyada birinci oldu

10:10 - 18.04.2024


18 aprel, Fineko/abc.az. Hindistan əhalisinin sayına görə dünyada lider ölkə olub.

ABC.AZ xəbər verir ki, bu barədə BMT-nin Əhali Fondunun (UNFPA) hesabatında deyilir.

Hazırda bu ölkədə 1 milyard 442 milyon insan var.

İkinci yerdə 1 milyard 425 milyonla Çindir. Fond Hindistan əhalisinin artımını ölkədə sosial-iqtisadi vəziyyətin yaxşılaşması və ana ölümü səviyyəsinin azalması ilə əlaqələndirir. BMT-nin hesablamalarına görə, 1990-cı ildə dünyada ana ölümlərinin 26 faizi Hindistanın payına düşüb, 2020-ci ilə qədər bu rəqəm səkkiz olub. Hesabata görə, hazırda Hindistan əhalisinin 26 faizi 10-24 yaş arasındadır.

Ötən il ölkədə orta ömür həddi kişilər üçün 71, qadınlar üçün isə 74 yaş hesab edilib.