Transmilli şirkətlər Afrikada istehsalı azaldır - Qitəni tərk edir

10:20 - 18.04.2024


18 aprel, Fineko/abc.az. Son onilliklərdə Afrika ölkələrində istehsal açan böyük transmilli şirkətlər tədricən qitəni tərk edirlər. Əvvəllər bölgə gənc əhalisi və Afrika ölkələrinin artan rifahı ilə korporasiyaları cəlb edirdi.

ABC.AZ xəbər verir ki, buna səbəb valyutanın çökməsi, bürokratiya, limanların həddindən artıq yüklənməsi və qitə ölkələrində qeyri-sabit siyasi vəziyyət olub.

İri korporasiyaların getməsindən ən çox üç ölkə təsirlənib: Cənubi Afrika, Keniya və Nigeriya. Onlar Afrika ölkələrinin iqtisadiyyatının 44%-ni təşkil edir.

Ən böyük qəhvə treyderlərindən biri olan Alman şirkəti “Neumann Gruppe GmbH” yanvar ayında Keniyadakı bölməsini və fabrikini tezliklə bağlayacağını açıqladı. Şirkət qərarını 2022-ci ildə Keniya hökumətinin eyni vaxtda qəhvə satışı və üyüdülməsi ilə məşğul olmağı qadağan edən yeni tənzimləmə qaydaları ilə əlaqələndirdi.