Qazaxıstan və Rusiya kömürlə işləyən İES-lərin tikintisinə dair saziş imzalayıblar

11:09 - 18.04.2024


18 aprel, Fineko/abc.az. Qazaxıstan və Rusiya Respublikanın üç regional mərkəzində kömürlə işləyən İES-lərin inşasına dair hökumətlərarası saziş imzaladılar.

"Qazaxıstan Energetika Nazirliyi Qazaxıstan Respublikası və Rusiya Federasiyasının energetika nazirlikləri arasında Kokşetau, Semey və Ust-Kamenogorsk şəhərlərində İES-in tikintisi layihələri üzrə əməkdaşlıq haqqında saziş imzalayıb. Tərəflər "İnter RAO-Export" MMC və "Samruk - Energo" SC tərəfindən təmsil olunan Səlahiyyətli təşkilatları müəyyənləşdiriblər, xəbər verir ABC.AZ.

Bildirilir ki, "Samruk-Energo" şirkəti artıq bu il sayca ilk İES-nin tikintisinə başlamaq üçün yol xəritəsi formalaşdırıb.