11:43 - 18.04.2024
18 aprel, Fineko/abc.az. Cənubi Koreya bu il Ukraynaya 200 milyard dollar dəyərində vəd edilmiş yardım paketi çərçivəsində 2,3 milyon dollar məbləğində humanitar yardım göndərəcək.
ABC.AZ xəbər verir ki, bu barədə Seulun maliyyə naziri Choi San-mok bildirib.
Cənubi Koreyalı nazir bu planlardan Vaşinqtonda keçirilən Ukraynaya yardımla bağlı növbəti "dəyirmi masa"da danışıb.
2023-cü ilin sentyabr ayında "Böyük iyirmilik" (G20) sammitinin Nyu-Dehlidə keçirilən sessiyası zamanı prezident Yun Sok Yol Ukraynaya əlavə 2,3 milyard dollar yardım göstərəcəyinə söz verib.
16 May 2025
16 May 2025
16 May 2025