Vahid Ələkbərov Rusiyanın ən varlı insanı olub - "Forbes" açıqladı

12:05 - 18.04.2024


18 aprel, Fineko/abc.az. “Lukoil” neft şirkətinin təsisçisi Vahid Ələkbərov Rusiyanın ən varlı insanı olub.

ABC.AZ xarici mətbuata istinadən xəbər verir ki, bu “Forbes” nəşrinin araşdırmalarından sonra məlum olub. Nəşr sahibkarın sərvətini 28.6 milyard dollar (illik +8.1 milyard dollar) olaraq qiymətləndirib.

2022-ci ilin aprelində Böyük Britaniya iş adamına qarşı sanksiyalar tətbiq edib və o, “Lukoil”in prezidenti vəzifəsini tərk edib.

Rusiya reytinqində ikinci və üçüncü yerləri “Novatek” şirkətinin idarə heyətinin sədri Leonid Mixelson (27.4 milyard dollar) və Novolipetsk Metallurgiya Zavodunun” həmsahibi Vladimir Lisin (26.6 milyard dollar) tutur.