Valyuta hərracında banklar tələbi 10,2% artırıb

12:34 - 18.04.2024


18 aprel, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankı (AMB) Dövlət Neft Fondunun iştirakı ilə valyuta hərracı keçirib.

AMB-nin məlumatına görə, aprelin 18-də keçirilən valyuta hərracında bankların tələbi 79,8 milyon dollar təşkil edib və tam təmin edilib. Bu, ötən hərracdan 7,4 milyon dollar (10,2%) çoxdur.

AMB aprelin 16-da valyuta hərracında banklara 72,4 milyon dollar satıb.

Hərracın yekunlarına əsasən manatın ortaçəkili məzənnəsi 1,7000 AZN / USD səviyyəsində formalaşıb.