Cənubi Afrika ölkələri arasında milyonçuların sayına görə CAR birinci yeri tutur

13:43 - 18.04.2024


18 aprel, Fineko/abc.az. Cənubi Afrika Respublikası 1 milyon dollar və daha çox sərvəti olan Afrika ölkələri arasında liderdir, ardınca Misir və Nigeriya gəlir. 

ABC.AZ xəbər verir ki, bu, İngiltərənin Henley & Partners analitik firmasının "Afrikanın sərvətinə dair hesabat 2024"də deyilir.
Henley & Partners-in əməkdaşı Dominik Volek, "bir çox insan Afrikada sərvət qazanır və daha sonra daha yaxşı həyat keyfiyyəti, övladları üçün daha yaxşı təhsil sistemi və səhiyyə xidmətinə daha yaxşı çıxış axtararaq başqa ölkələrə köçür" deyib. Son 10 ildə Afrikanı 18.700 milyoner və 33 milyarder tərk edib.

Onların əksəriyyəti Böyük Britaniya, ABŞ, Avstraliya və Birləşmiş Ərəb Əmirliklərinə köçüb.
CAR-da 37 400 milyoner, sərvəti 100 milyon dollardan çox olan 102 nəfər və 5 milyarder var.
Hazırda Afrikada sərvəti 100 milyon dollardan çox 342 nəfər və 21 dollar milyarderi yaşayır.