Amsterdamda yeni otellərin tikintisi qadağan edilib — Səbəb 

13:46 - 18.04.2024


18 aprel, Fineko/abc.az. "Amsterdam yeni otellərə "yox" deyir. Məqsədimiz şəhəri sakinlərinin və qonaqlarının həyatı üçün rahat etmək və qorumaqdır. Bu o deməkdir ki, artıq turizmin dayandırılması, yeni otellərin qadağan edilməsi və otellərdə turistlərin gecələməsinin ildə 20 milyona qədər məhdudlaşdırılmasıdır".

ABC.AZ xəbər verir, bu barədə yerli hökumətin bəyanatında deyilir.
Amsterdamda yeni otel tikmək üçün icazə yalnız mövcud otellərdən biri bağlandıqda, həmçinin yeni otel daha müasir və ya ekoloji cəhətdən təmiz olduqda veriləcək.