Azərbaycan yaşıl enerji dəhlizi yaratmağı planlaşdırır

14:22 - 18.04.2024


18 aprel, Fineko/abc.az. Azərbaycan Mərkəzi Asiya ilə birlikdə yaşıl enerji dəhlizi yaratmağı planlaşdırır.

ABC.AZ xəbər verir ki, bunu Azərbaycanın energetika naziri Pərviz Şahbazov BƏƏ-də yaşıl hidrogen sammitində deyib.

Onun sözlərinə görə, Bakı Xəzər dənizindən Avropa İttifaqına qədər yaşıl enerji dəhlizi yaratmağı planlaşdırır.

“Eyni zamanda, bizi Mərkəzi Asiya ölkələri ilə birləşdirən daha bir mühüm layihəmiz var.

Özbəkistan, Qazaxıstan və Azərbaycan Yaşıl hidrogenin vacib komponentlərdən biri olduğu daha bir yaşıl enerji dəhlizi qurmaq üçün birləşdilər”, — deyə nazir bildirib.

Hazırda hidrogen istehsalı ilə yanaşı, ixrac aspektində "Xəzər dənizi — Qara dəniz — Avropa" və "Mərkəzi Asiya — Azərbaycan — Avropa" yaşıl enerji dəhlizləri çərçivəsində beynəlxalq tərəfdaşlarla əməkdaşlıq həyata keçirilir.