Ekvador və Kolumbiya qaranlığa qərq olur

15:02 - 18.04.2024


18 aprel, Fineko/abc.az. Ekvador yerli su elektrik stansiyalarının işinə mane olan quraqlıq səbəbindən ölkənin əsas şəhərlərində elektrik istehlakını məhdudlaşdırır. Su elektrik stansiyaları ölkədə elektrik enerjisinin 75%-nin istehsalına cavabdehdir.

ABC.AZ xəbər verir ki, aprelin 16-da Ekvador prezidenti enerji sektorunda fövqəladə vəziyyət elan etdi. Ekvadorda elektrik enerjisi ilə bağlı problemlər Kolumbiyanın paytaxtı Boqotada quraqlıq səbəbindən su istehlakını normallaşdırmaq məcburiyyətində qaldıqdan bir neçə gün sonra başladı. Kolumbiya həmçinin elektrik enerjisinin təxminən 70%-ni su elektrik stansiyalarından alır.