“Naxçıvan Bank”ın faiz xərcləri azalıb - Hesabat

15:38 - 18.04.2024


18 aprel, Fineko/abc.az. “Naxçıvan Bank” ASC 2024-cü ilin ilk rübünün hesabatını açıqlayıb.

ABC.AZ bankın hesabatına istinadən xəbər verir ki, “Naxçıvan Bank”ın faiz xərcləri 498 min manat təşkil edib edib ki, bu da son bir ildə 107 manat, başqa sözlə 27,4% çoxdur.

Beləliklə, bankın xalis faiz gəlirləri cari ilin I rübündə 2 milyon 388 min manat olub. Bu da illik müqayisə ilə 3 milyon 204 min manat və ya 2,3 dəfə azdır.

Bankın qeyri faiz gəlirləri 300 min manat, qeyri faiz xərcləri 1 milyon 979 min manat təşkil edib. Gəlirlər son bir ildə 944 min manat və ya 4,1 dəfə , xərclər isə 527 min manat və ya 21% azalıb.

Bankın əməliyyat mənfəəti isə 709 min manat olub. Bu da illik müqayisə ilə 3 milyon 622 manat (6,1 dəfə) azalma deməkdir. “Naxçıvan Bank” ASC-nın aktivləri bu ilin ilk rübündə 194 milyon 58 6min manat olub. Aktivlər 2023-ci ilin ilin sonu ilə müqayisədə 11 milyon 622 min manat, yaxud 5,6% azalıb. Bankın əsas gəlir mənbəyi olan kredit portfeli 103 milyon 656 min manat olub. Ötən ilin sonu illə müqayisədə kredit portfelinin  həcmi 27 milyon 63 min manat yəni 20,7% azalıb. Bankın öhdəlikləri təxminən  127 milyon 611 min manat olub ki, bu son 3 ayla müqayisədə 16 milyon 644 min manat, yaxud 11,5% azalma deməkdir. “Naxçıvan Bankın” depozit portfeli I rübdə 48 milyon 388 min manat təşkil edib.