Marketlərdə vaxtı keçmiş ərzaqlara görə cavabdeh sahibkardır

16:03 - 18.04.2024


18 aprel, Fineko/abc.az. Dünyada elə bir ölkə yoxdur ki, orada qida təhlükəsizliyi 100 faiz təmin olunsun. Dünyanın hər yerində qida təhlükəsizliyinə görə yüz faizlik cavabdeh sahibkardır. Azərbaycanda təəssüf doğuran məsələ ondan ibarətdir ki, istehlakçıların bu məsələyə yanaşması bir qədər fərqlidir.

ABC.AZ xəbər verir ki, bunu Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli mövzusunda ictimai dinləmədə deyib. 

O qeyd edib ki, ölkəmizdə hazırda 50 mindən çox ticarət şəbəkəsi var.

“Amma ticarət şəbəkələrində satılan vaxtı keçmiş ərzaq məhsullarına görə ittiham qida təhlükəsizliyi orqanının üzərinə düşür. Dünyada qida təhlükəsizliyinə nəzarət sistemi isə belədir ki, cavabdeh sahibkardır, ictimai nəzarət istehlakçıdadır. Qida təhlükəsizliyi orqanı isə tənzimləyicidir. Bu orqan sahibkarla istehlakçı arasında münasibətləri tənzimləyir. Hazırda qida təhlükəsizliyi sahəsində bir sıra çatışmazlıqlar var. Bunun biri ondan ibarətdir ki, hazırda Qida Təhlükəsizliyi Agentliyi qəfil yoxlamalar həyata keçirə bilmir. Qanunvericilikdə olan maneə bizə imkan vermir ki, plandan kənar yoxlama həyata keçirək”, - deyə o əlavə edib. (Trend)