Kreditlərinizi “Kapital Bank”a gətirin, nağdlaşdırma komissiyası olmadan kredit əldə edin

16:39 - 18.04.2024


“Kapital Bank”dan digər banklarda nağd kredit və kredit kartı olan müştərilərə müjdə!

Xəbər verdiyimiz kimi “Kapital Bank” digər banklarda kredit öhdəliyi olan müştərilər üçün əlverişli kredit imkanını yaradır. 2024-cü il aprelin 18-dən etibarən isə digər banklarda olan kreditlərini bağlamaq məqsədilə “Kapital Bank”a müraciət edən müştərilər kreditlərini nağdlaşdırma komissiyası olmadan əldə edəcəklər. Artıq yüksək faizlərdən, bir neçə yerə kredit ödəməkdən xilas olmağın vaxtıdır. “Kapital Bank”dan 10,9 faizdən başlayan xüsusi şərtlərlə 50 000 AZN-dək nağd kredit əldə edən müştərilər faiz xərclərini aşağı salmaq və aylıq ödənişlərin həcmini azaltmaq fürsətindən yararlana bilərlər. İyunun 3-dək keçərli olan kampaniyadan yararlanmaq üçün 1 yazıb 8196 nömrəsinə göndərə və ya sizə ən yaxın “Kapital Bank” filialına yaxınlaşa bilərsiniz.

Ətraflı məlumat üçün: https://kbl.az/rkrk

Bütün bunlarla yanaşı 2024-cü il aprelin 18-dən iyunun 3-dək kreditlərini “Kapital Bank”a gətirən müştərilər “50 gün, 50 hədiyyə” lotereyasında iştirak etmək şansı da qazanırlar. Ölkənin birinci bankı olan “Kapital Bank” “PAŞA Holding”ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi, 117 filialı və 53 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün https://kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün— https://kbl.az/prgtk, “Birbank” kartı sifarişi üçün — https://kbl.az/prcrc.