“Tesla” şirkəti 285 işçisini ixtisar edəcək

17:01 - 18.04.2024


18 aprel, Fineko/abc.az. ABŞ-ın “Tesla” avtomobil istehsalı şirkəti 285 işçini ixtisar edəcək.

ABC.AZ xarici mətbuata istinadən xəbər verir ki, ixtisar Buffalo şəhərindəki zavoddda həyata keçiriləcək.

Belə ki, şirkətin işçi heyəti 14% ixtisar olunacaq. Onların ixtisarı iyulun 15-də başlayacaq.

Məlumatda qeyd olunur ki, ixtisarların səbəbi iqtisadidir. Xatırladaq ki, aprelin 15-də “Tesla” dünya üzrə işçi qüvvəsinin 10%-dən çoxunu ixtisar edəcəyini açıqlayıb.

Bundan başqa, “Wedbush” analitik şirkətinin analiti Dan Ivesin sözlərinə görə, bəzi layihələrdə əsas fiqur sayılan şirkətin 18 illik veteranı olan baş vitse-prezident Endryu Balino da şirkətdən ayrılır.