17:13 - 18.04.2024
18 aprel, Fineko/abc.az. Azərbaycanda işsizlik səviyyəsi 2024-cü ilin mart ayında 5.5% səviyyəsində sabit qalıb.
ABC.AZ Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, yuvarlaq götürülsə bu da 2023-cü ilin iyun ayından bu tərəfə dəyişməz qalması deməkdir.
2023-cü ilin mayından işsizlik səviyyəsi 5.6% təşkil etmiş, iyundan etibarən 5.5% səviyyəsinə düşüb. İşsizlərin sayı isə mart ayında 286.8 min nəfərdən 286.9 min nəfərə cüzi dəyişib.
Məlumata əsasən, 2024-cü il aprelin 1-i vəziyyətinə ilkin məlumatlara əsasən iqtisadi fəal əhalinin sayı 5 milyon 253.3 min nəfər olmuş, onlardan 4 milyon 966.4 min nəfərini məşğul əhali təşkil etmişdir.
Cari il martın 1-i vəziyyətinə muzdla çalışan işçilərin sayı 1 milyon 727.2 min nəfər, o cümlədən iqtisadiyyatın dövlət sektorunda 899.7 min nəfər, qeyri-dövlət sektorunda isə 827.5 min nəfər təşkil etmişdir. İqtisadiyyatın neft-qaz sektorunda 31.4 min nəfər, qeyri neft-qaz sektorunda isə 1 milyon 695.8 min nəfər çalışıb.
13 Sentyabr 2024
13 Sentyabr 2024
13 Sentyabr 2024
13 Sentyabr 2024
13 Sentyabr 2024
13 Sentyabr 2024
13 Sentyabr 2024
13 Sentyabr 2024
12 Sentyabr 2024
12 Sentyabr 2024
12 Sentyabr 2024
12 Sentyabr 2024
12 Sentyabr 2024
12 Sentyabr 2024