Norveçin bu Fondunun birinci rübdə gəliri 109 milyard dollar olub

17:24 - 18.04.2024


18 aprel, Fineko/abc.az. İlin birinci rübündə Norveç Sərvət Fondun ümumi investisiya gəliri 1,2 trilyon Norveç kronu yəni 109 milyard dollar olduğu açıqlanıb.

ABC.AZ xəbər verir ki, açıqlamada fondun əsas aktiv sinfi olan Birja portfelinin təxminən 9,1 faiz dəyər qazandığı vurğulanıb. Fondun bazar dəyərinin isə 17,719 trilyon Norveç kronu, yəni 1 trilyon 610 milyard dollar olduğu məlum olub.

Norveç Sərvət Fondu ilin birinci rübündə sabit gəlirli qiymətli kağızlara investisiyalarından 0,4 faiz, siyahıya alınmayan daşınmaz əmlak investisiyalarından isə 0,5 faiz zərər açıqlayıb.

Müəllif: Elmir Murad