17:29 - 18.04.2024
18 aprel, Fineko/abc.az. Mərkəzi Bankın nümayəndə heyəri bu gün Vaşınqtonda keçirilən Dünya Bankı Qrupu və Beynəlxalq Valyuta Fondunun (IMF) yaz toplantılarına qatılacaq.
ABC.AZ xəbər verir ki, bu barədə Mərkəzi Bankdan bildirilib.
Məlumata görə, Mərkəzi Bankın sədri Taleh Kazımovun rəhbərlik etdiyi nümayəndə heyəti ABŞ-a işgüzar səfərə gedib.
Azərbaycanın nümayəndə heyəti yaz toplantıları çərçivəsində bir sıra tədbirlərdə və ikitərəfli görüşlərdə iştirak edəcək.
Qeyd edək ki, yaz toplantıları aprelin 15-də öz işinə başlayıb. Nazirlər səviyyəsində əsas görüşlər və tədbirlər aprelin 17-19-u, digər görüşlər isə 15-20 aprel tarixlərində keçiriləcək.
İMF-in İnkişaf Komitəsi və Beynəlxalq Valyuta-Maliyyə Komitəsinin iclasları əsas tədbirlərdən biri olacaq. Burada iki beynəlxalq qurumun fəaliyyəti müzakirə olunacaq.
19 Mart 2025
19 Mart 2025
19 Mart 2025