“Xəzər TV” məhkəməyə verildi

10:11 - 19.04.2024


19 aprel, Fineko/abc.az. “Reji” MMC “Xəzər TV” MMC ilə bağlı məhkəməyə müraciət edib.

ABC.AZ xəbər verir ki, “Reji” MMC müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr – tapşırıq müqaviləsi üzrə mübahisələr barədə tələb irəli sürüb.

İddia hakim Günay Namazovanın sədrliyi ilə araşdırılacaq. İşə Bakı Kommersiya Məhkəməsində baxılır.