İran: Təbriz vilayətindəki neft obyektlərinə dronların hücumu haqqında

11:06 - 19.04.2024


19 aprel, Fineko/abc.az. İran hakimiyyəti bildirib ki, ölkənin şimal-qərbindəki Təbriz vilayətindəki neft obyektlərinə pilotsuz uçuş aparatlarının hücumu zamanı zərər dəyməyib. "Təbrizdə neft sənayesinin heç bir mühüm obyektində partlayış qeydə alınmayıb", - deyə məlumatda bildirilir.

ABC.AZ xəbər verir ki, İran Silahlı Qüvvələrinin zenit hava hücumundan müdafiə vasitələri İsfahan əyalətinin səmasında üç PUA vurub. Səlahiyyətlilərin bildirdiyinə görə, orada yerləşən nüvə obyektləri tam təhlükəsizdir.

“Tasnim” agentliyi qeyd edir ki, indiyədək İran ərazisinə raket zərbələri qeydə alınmayıb.