11:26 - 19.04.2024
19 aprel, Fineko/abc.az. “Bank Avrasiya” ASC 2024-cü ilin 1-ci rübündə 1 milyon 202 min manat xalis mənfəətlə başa vurub.
ABC.AZ xəbər verir ki, lakin bankın xalis mənfəəti son bir ildə 353 min manat, başqa sözlə 23% aşağı düşüb. Hesabat dövründə bank mənfəət vergisi ödəməyib.
Hesabat dövründə bankın faiz gəlirləri 268 min manat və ya 7% azalaraq 3 milyon 599 min manat, faiz xərcləri isə 191 min manat və ya 24% azalaraq 606 min manat təşkil edib.
Bu dövrdə bank müştərilərinə verdiyi kreditlərdən 3 milyon 124 min manat faiz gəliri əldə edib ki, bu da illik müqayisədə 150 min manat və ya 5% çoxdur.
Beləliklə xalis faiz gəlirləri 2 milyon 616 min manat olub ki, bu da illik müqayisədə 609 min manat və ya 19% azdır.
Hesabat dövründə bankın qeyri-faiz gəlirləri 529 min manat, qeyri-faiz xərcləri isə 1 milyon 659 min manata bərabər olub.
18 Mart 2025
18 Mart 2025
18 Mart 2025
17 Mart 2025
17 Mart 2025
17 Mart 2025