Bu hallarda ipotekaya xitam veriləcək

14:36 - 19.04.2024


19 aprel, Fineko/abc.az. İpotekaya xitam verilən hallar genişlənir.

ABC.AZ xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "İpoteka haqqında" qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Layihəyə əsasən, ipoteka saxlayan tələbdən və ya ipotekadan imtina etdikdə ipotekaya xitam veriləcək. Qanun layihəsi səsverməyə çıxarılaraq üçücü oxunuşda qəbul edilib.