Azərbaycan Rusiyadan ən çox taxta-şalban alan 10 ölkədən biridir

14:57 - 19.04.2024


19 aprel, Fineko/abc.az. Rusiya 2024-cü ilin yanvar-mart aylarında 4,27 milyon kubmetr taxta-şalban ixrac edib ki, bu da keçənilki göstəricidən 3,5 faiz azdır. Azərbaycan Rusiyadan taxta-şalban idxal edən ölkələrin ilk onluğuna daxildir.

ABC.AZ xəbər verir ki, Rusiyadan taxta-şalban alıcıları reytinqində üçüncü yerə yüksələn Türkiyə ikinci il dalbadal tədarük indeksində böyük artım nümayiş etdirib: 2024-cü ilin yanvar-mart aylarında bu ölkəyə 292,2 min kubmetr material daşınıb ki, bu da tədarükün 5 dəfə artdığı 2023-cü ilin birinci rübü ilə müqayisədə 3,2 dəfə çoxdur.

Rusiya departamentinin bəyanatında deyilir:

“Ötən ilin fevral zəlzələlərindən sonra və irimiqyaslı infrastruktur layihələrinin icrası fonunda Türkiyəyə tədarük artır. Rusiyadan Türkiyəyə taxta-.alban yüklərinin çatdırılmasını sürətləndirmək üçün indi yeni logistik marşrutlar hazırlanır”.

Rusiyanın taxta-şalban idxalçılarının ilk onluğuna Azərbaycan, Qazaxıstan, Tacikistan, Yaponiya və Qırğızıstan da daxildir. Yaponiya istisna olmaqla, qalanların hamısı idxal həcmini azaldıb. Yaponiyaya tədarükün həcmi 4,2 faiz artıb.

Hesabat dövründə, həmçinin BƏƏ, Livan, Sinqapur, Əfqanıstan, İordaniya, Tayvan, Hindistan, Gürcüstan, Belarus, Serbiya və sairə ölkələrə Rusiyanın taxta-şalban ixracının həcmi çoxalıb. (Azərtac)