AZAL bu Təşkilata üzv qəbul edildi

15:43 - 19.04.2024


19 aprel, Fineko/abc.az. Heydər Əliyev Beynəlxalq Aeroportu hava limanları operatorlarının yeganə qlobal təşkilatı olan Avropa Beynəlxalq Hava Limanları Şurasının (Airports Council International, ACI Europe) sıralarına qoşulub. Bununla yanaşı, Azərbaycanın digər hava limanı Gəncə Beynəlxalq hava limanı da şuraya üzv seçilib.

Heydər Əliyev Beynəlxalq Aeroportunun Mətbuat xidmətindən ABC.AZ-a verilən məlumata görə, Azərbaycan Mülki Aviasiyası üçün əlamətdar hadisə “Azərbaycan Hava Yolları” QSC-nin prezidenti Samir Rzayev və ACI World təşkilatının baş icraçı direktoru Luis Felipe de Oliveyranın iştirakı ilə dünya səviyyəli hava limanı konfransı və sərgisi olan Passenger Terminal Expo 2024 çərçivəsində keçirilib. Görüşdə rəsmi olaraq ACI Europe-a üzvlük sertifikatı təqdim olunub.

Aeroport xidmətlərinin keyfiyyətinin və sərnişin təcrübəsinin yüksəldilməsi üçün əməkdaşlığın vacibliyi vurğulanıb.